Nikolun rəqibləri birləşir: “prezidentliyə qayıdış" başlayır?


Dünya 08 Dek 2018 16:24:00 230 0

Nikolun rəqibləri birləşir: “prezidentliyə qayıdış" başlayır?

Paşinyanın hazırkı davranışları göstərir ki, o kimlərsə tərəfindən idarə olunur.

Son.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında "Baku Netvörk" Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Ekspert bunun arxasında Paşinyanın Rusiyaya qarşı qoyulması amilinin dayandığını bildirib:

"Paşinyanın hazırkı davranışları göstərir ki, o, kimlərsə tərəfindən idarə olunur. Onun mənasız bəyanatlar verməsinin birinci səbəbi siyasi partiyasının olmamasıdır. Ancaq ikinci səbəb daha ciddidir. Belə ki, Paşinyanın məsləhətçiləri onu Rusiyaya qarşı qaldırmağa çalışırlar. Xaçaturov məsələsi bunun ən bariz nümunəsidir. Hətta Qərb ölkələri yaranmış bu fürsətdən istifadə edərək Ermənistanın əli ilə KTMT-ni içəridən dağıtmaq istədi. Düzdür, Nikol son günlər durmadan Rusiyaya meyilli olduğunu göstərməyə çalışır, ancaq bu, bir siyasi oyundur".

Politoloq Ermənistanda seçkiqabağı vəziyyətin heç də ürəkaçan olmadığını deyib: