Bu test vaxtından tez ölüm riskini təyin edir


Digərləri 08 Dek 2018 16:29:00 219 0

Bu test vaxtından tez ölüm riskini təyin edir

4-cü mərtəbəyə orta temptə dayanmadan qalxa bilərsinizmi?

Mütləq özünüzü yoxlayın. İspaniya alimləri sübut edir ki, bu sadə testin köməyi ilə vaxtından tez ölümün riskini təyin etmək olar.

Son.az Axar.az-a istinadla xəbər verir ki, alimlər bu nəzəriyyəni 13 min insan üzərində yoxlayıblar. Onların bir hissəsi testin öhdəsindən gələ bilib, bir hissəsi isə yox. Alimlər pilləkəndə testdən sonra 5 il ərzində bu insanlara daim nəzarət edirdi. Bu müddət ərzində eksperimentdə iştirak edənlərdən 1253 nəfər vəfat edib. Məlum olub ki, araşdırmanın əvvəlində 4-cü mərtəbəyə dayanmadan qalxa bilməyənlər arasında ürək-damar sistemi xəstəlikləri səbəbindən ölüm halları testin öhdəsindən gələnlərlə müqayisədə 3 dəfə daha çox olub.