Əri evdə 3 uşağa baxır, özü isə işləyir


Dünya 08 Dek 2018 16:00:00 251 0

Əri evdə 3 uşağa baxır, özü isə işləyir

Almaniya kansleri Angela Merkelin yerinə gətirilən Xristian-Demokratik İttifaqının yeni rəhbəri Anneqret Kramp-Karrenbauerin həyat və fəaliyyəti dünya mediasının gündəminə çevrilib.

Son.az Qafqazinfo-ya istinadən yeni kanslerin həyatından maraqlı faktları təqdim edir: 

Kramp-Karrenbauer 2011-2018-ci illərdə Saarland əyalətinin rəhbəri olub. O, bu vəzifəni icra edən ilk qadın olaraq siyasət tarixinə adını yazdırıb. Anneqret 9 avqust 1962-ci ildə Almaniyanın Völklinqen şəhərində doğulub. Hazırda ailəsi ilə Püttlinqen şəhərində yaşayır. 

Qatı katolikdir 

Ziyalı ailəsində doğulan Anneqret Kramp-Karrenbauer bazar günləri kilsəyə gedib dualarını edir, cümə günləri isə ət yemir - bir sözlə, qatı katolikdir. Anneqret 1982-ci ildə "Marie-Luise-Kaschnitz" gimnaziyasını bitirib. Elə həmin il Trier və Saarbrücken universitetlərində hüquq və siyasi elmlər üzrə araşdırmalarına başlayıb və 1990-cı ildə "Magistr Artium"la elmi işlərini bitirib. 

Anneqret Kramp-Karrenbauer 1999-2000-ci illərdə XDİ-nin parlament qrupunun direktoru vəzifəsini icra edib. 2000-ci ildə daxili işlər və idman naziri təyin olunub. O, Almaniyanın ilk qadın daxili işlər naziridir. 


Xəbərə aid fotolar