Bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyinin üçüncü günündə qaliblər mükafatlandırılıb (FOTO)


Digərləri 08 Dek 2018 15:50:00 329 0

Bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyinin üçüncü günündə qaliblər mükafatlandırılıb (FOTO)

Bu gün Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyinin üçüncü günündə qaliblər mükafatlandırılması mərasimi keçirilib

Bakı. Cani Babayeva - Bu gün Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyinin üçüncü günündə qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Trend-in məlumatına görə, çoxnövçülük üzrə fərdi çıxışlar edən 2008, 2009 və 2010-cu il təvəllüdlü gimnastlar mükafatlandırılıb. Birinci yeri "Ocaq" İdman Klubunun təmsilçisi, 2008-ci il təvəllüdlü Nərminə Bayramova tutub. İkinci yerdə Bakı Gimnastika Məktəbinin nümayəndəsi Leyla İsmayılova, üçüncü yerdə isə Respublika Kompleks İdman Məktəbinin təmsilçisi Mədinə Aslanova qərarlaşıb. 2009-cu il təvəllüdlü gimnastlar arasında ilk yeri Gövhər İbrahimova, ikinci yeri Ləman Abdullayeva, üçüncü yeri isə Məryəm Əliyeva tutub. Hər 3 gimnast "Ocaq" İdman Klubunun təmsilçiləridir. 2010-cu il təvəllüdlü gimnastlar arasında isə birinci yerdə "Ocaq" İdman Klubunun təmsilçisi İlahə Bahadırova qərarlaşıb. İkinci və üçüncü yerləri eyni klubun təmsilçiləri Nəzrin Salmanlı və Təzəgül Yaqubova bölüşür.