Dünyanın ilk pilotsuz taksi servisi


Digərləri 08 Dek 2018 15:49:00 258 0

Dünyanın ilk pilotsuz taksi servisi

Google şirkəti daxilində bir layihə kimi başlamış, pilotsuz avtomobillərin hazırlanmasına 10 il vaxt sərf etmiş və daha sonradan onların il yarım ərzində testini aparmış Waymo şirkəti sonunda dünyanın ilk kommersiya məqsədli pilotsuz taksi servisini istifadəyə verir.

Son.az Technote-a istinadən bildirir ki, şirkətin pilotsuz taksi servisi Waymo One adlanır. Bir neçə müddət bundan öncə şirkət söz vermişdi ki, özünün pilotsuz taksi servisini bu ilin sonuna kimi istifadəyə verəcək. Nəticədə şirkət öz sözünü tutdu.

Buna baxmayaraq dünyanın ilk pilotsuz taksi servisi hələki çox az sayda insanlar üçün istifadəyə verilib. Qeyd etmək lazımdır ki, 2017-ci ilin aprel ayından şirkət öz pilotsuz avotmobillərini könüllü sərnişinlər arasında test edirdi. Həmin test səyahətlərində insanlar pulsuz şəkildə taksi servisindən istifadə edir və bu xidmətin daha da təkmilləşdirilməsi üçün şirkətə öz tövsiyyələrini verirdilər. İndi isə həmin sərnişinlər şirkətin pilotsuz taksilərini ödənişli şəkildə sifariş edə bilərlər.