“Altın Kelebek”ə Aygün gedəcək


Şou-biznes 08 Dek 2018 14:34:00 234 0

“Altın Kelebek”ə Aygün gedəcək

Sabah Türkiyədə nüfuzlu "Altın Kelebek"  mükafat mərasimi baş tutacaq.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, gecədə xalq artisti Aygün Kazımova da iştirak edəcək.

O, Azərbaycanda keçirilən səsvermə nəticələrinə uyğun olaraq birinci kimi tədbirdə iştirak etmək hüququ əldə edib. Pop ulduza bazar günü axşamı "Azərbaycanda ilin qadın müğənnisi" nominasiyası üzrə qalib mükafatı təqdim ediləcək.