Azərbaycanda mobil operator internet qiymətlərində dəyişiklik edir


Digərləri 08 Dek 2018 14:39:00 253 0

Azərbaycanda mobil operator internet qiymətlərində dəyişiklik edir

2019-cu il yanvarın 9-dan "Azercell" MMC fakturalı xətt sistemində mövcud olan "4GB=9 manat" internet paketini ləğv edir.

Son.az bu barədə rəsmi mətbuatda dərc olunan məlumata istinadən bildirir.

Həmin paketə qoşulmuş abunəçilər 30 gün müddətində bu paketdən istifadə edə bilər. "4GB=9 manat" paketi avtomatik olaraq "5GB=8 manat" paketi ilə əvəz olunacaq.

Bundan başqa, fakturasız xətt (SimSim) sistemində mövcud olan "18GB=24 manat" paketi də ləğv olunaraq "10GB=15 manat" paketi ilə əvəz edilir. Bu paketi də 30 gün müddətində istifadə etmək mümkün olacaq.