İbtidai sinif müəllimləri üçün yekun qiymətləndirmə keçirilib (FOTO)


Digərləri 08 Dek 2018 14:33:34 252 0

İbtidai sinif müəllimləri üçün yekun qiymətləndirmə keçirilib (FOTO)

Məktəbəhazırlıq müəllimləri üçün yekun qiymətləndirmə aparılıb

Bakı. Paytaxtdakı ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlər aparan ibtidai sinif müəllimləri üçün yekun qiymətləndirmə keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, imtahanda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən təşkil olunmuş ixtisasartırma təlimlərini başa vuran 875 ibtidai sinif müəllimi iştirak edib. Müəllimlər 40 dəqiqə vaxt ərzində iki variantdan ibarət 25 test sualını cavablandırıblar.