Kürdəmirdə ağır qəza, polis mayoru öldü


Digərləri 08 Dek 2018 14:17:34 215 0

Kürdəmirdə ağır qəza, polis mayoru öldü

Kürdəmir rayonunda polis əməkdaşının ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakı. Samir Əli - Kürdəmir rayonunda polis əməkdaşının ölümü ilə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə dekabrın 7-də saat 1 radələrində, rayonun Sığırlı kəndi ərazisində baş verib. Kənd sakini Əli Qayıbəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobili idarə edərkən qəfil halı pisləşib və avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Səfail Quliyevə məxsus “QAZel” markalı avtomobilə vurub. Hadisə nəticəsində "VAZ-21 07" markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib.