İranın 7 vilayətində sel və daşqınlar


Dünya 08 Dek 2018 13:54:00 225 0

İranın 7 vilayətində sel və daşqınlar

İranın 7 vilayətində, Ərdəbil, İlam, Xuzistan, Qəzvin, Kirmanşah, Lorestan və Həmədan vilayətində güclü sel və daşqınlar baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Xilasetmə və Yardım Təşkilatının sədri Murtaza Səlimi deyib.

Onun sözlərinə görə, 1 265 nəfərə yardım göstərilib, 21 nəfər təhlükəsiz bölgələrə köçürülüb.