Best Model of Azerbaijan 2018dən


Şou-biznes 08 Dek 2018 13:44:00 681 0

Best Model of Azerbaijan 2018dən

"Best Model of Azerbaijan 2018" yarışmasının finalı "Fairmont Baku Flame Towers"da keçirilib.

Tədbirin aparıcıları isə Samir Bayramlı və Vüsalə Said oldu Səhnədə xüsusi qonaq olaraq Dj Çina modelləri müşayiət edib. 

Qeyd edək ki, müsabiqədə ən kiçik finalçının yaşı 16, ən böyük finalçının isə 30-dur. Münsif kürsüsündə Əməkdar artist Tünzalə Ağayeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilova, Eurovision təmsilçimiz müğənni Elnur Huseynov, şairə Zəhra Bədəlbəyli, aparıcılar Nərgiz Cəlilova , Afaq Gəncəli, modellər Rüstəm Cəbrayılov, İlqar Əliyev, stilistlər Anar Ağakişiyev, Fuad Hacıyev, modelyer-dizaynerlər Afaq İsmayılzadə, Songül Başar , xoreoqraf Syama Həsənova və başqalarının yer aldığı yarışmada 60 nəfər finala keçib.

Qonaqlara defile teqdim olunub, müğənnilərdən Elnur Huseynov, Rauf Əhmədov, Elvin Babazadə və Fərid Həsənov səhnədə yer aldılar.

Best Model Gecəsində "ən yaxşı xanım" Aygül Səfərova, "ən yaxşı bəy" isə Şakir Əhmədzadə olub. 

Lakin Aygül Safarovanı ailesi izin vermediyi üçün beynelxalq müsabiqədə təmsil edə bilmeyib. Ölkəni xanım modellərdən 2 ci yerin sahibi Cəmilə Qoluboviç təmsil edib. Aygül Safarovanın öncədən bu vacib informasiyanı təşkilatı komitəyə bildirmediyi üçün. Müsabiqənin prezdenti Erkan Özermanın qərarı ilə birincilik Aygül Səfərovadan Cəmilə Qoluboviçə devr edib. Erkan Özerman qeyd edib ki, qalib ona görə seçilir ki olkəsin xaricdə beynəlxalq finalda təmsil etsin əgər bu baş vermirse Best Model of Azerbaijan titulun daşıya bilməz.

Yekun qərara görə nəticələr belədir.