Sevdiyi qızla dalaşdı, xalası oğlunu öldürdü


Kriminal 08 Dek 2018 13:39:00 260 0

Sevdiyi qızla dalaşdı, xalası oğlunu öldürdü

Bakıda sevdiyi qızın xalası oğlu İslam Hüseynovu öldürməkdə təqsirli bilinən Göyçay rayon sakini, 1995-ci il təvəllüdlü İbrahim Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Publika-ya istinadən xəbər verir ki, İbrahim Sadıqov Ucar şəhər sakini Günel Əsgərova ilə evlənmək istəyib. Amma Günel təhsilini davam etdirmək istədiyini, İbrahim ilə ailə qurmaqdan imtina edib.

İbrahimə "yox" cavabı verən Günel təhlisini davam etdirmək məqsədilə paytaxta gəlib. O, xalası oğlu, 1984-cü il təvəllüdlü İslam Hüseynovun kirayə yaşadığı evdə məskunlaşıb, təhsil aldığı kollecə gedib-gəlib.

Sevdiyi qızla dalaşdı

İbrahim də sevdiyi qızın arxasınca paytaxta gəlib və burada ev kirayələyərək yaşamağa başlayıb. O, 15 fevral 2017-ci il tarixdə, saat 16.30-da kirayədə yaşadığı evdə olarkən Günel Əsgərovanın Bakı Biznes Kooperasiya Kollecindəki təhsili ilə əlaqədar Nərimanov rayonu ərazisində kirayədə yaşayan xalası oğlunun evində olmasını eşidib.

Daha sonra İbrahim Günel ilə "WhatsApp" sosial şəbəkəsi vasitəsilə danışıb və onunla maraqlanmağa başlayıb. Bu zaman Günel xalasının ailəsinin onların evlənmələrinə razı olmadığını bildirib.

Mübahisə

Bundan sonra İbrahim ilə İslam bu məsələ ilə bağlı danışmalı olub. Bu danışıq zamanı İbrahim Güneli anası ilə birlikdə qaçıracağını zarafatla deyib, özündən yaşca çox böyük və ailəli olan İslamı qıcıqlandırmaqla əsəbiləşdirib.

Bu hərəkətləri ilə İbrahim İslamı mübahisəyə təhrik edib. Bu mübahisə zamanı İslam ona yaşca kiçik olmasını və aralarında belə zarafatları olmadığını deyib.

İslamın bu iradına İbrahim kobud formada cavab verib. Həmin vaxt İslam ona təhqiredici ifadələr işlədib. Buna görə də İbrahim aralarındakı mübahisəni axşam görüşüb, aydınlaşdırmağı İslama təklif edib.

Dayısı tənbeh etdi, amma razılaşmadı

Həmin vaxt İbrahimin evdə qonaq olan dayısı onların söhbətlərini eşidib, ondan qohumları İslamla zarafat etməməyi, mübahisəyə son qoymasını tələb edib.

Buna baxmayaraq, İbrahim sakitləşməyib, istifadəsindəki mobil telefonla İslamla anışaraq axşam mütləq görüşməyi bir daha təkid edib.

Daha sonra İbrahim qanunsuz olaraq əldə etdiyi ov bıçağını götürüb və saat 19 radələrində istifadəsindəki mobil telefonla İslamın istifadəsindəki mobil telefona zəng vurub, onunla Ağa Nemətulla küçəsində yerləşən "Araz Market" adlı mağazanın qarşısında görüşməyi razılaşdırıb.

Dava

Bundan sonra İslam öz qardaşı ilə birlikdə marşrut avtobusu ilə həmin yerə getməyə başlayıb. O, yolda olarkən mobil telefonla İbrahim ilə əlaqə saxlayıb, qıcıqlandıraca sözlərlə onu əsəbiləşdirib, onun ünvanına nalayiq sözlər işlədib.