Şəmkirdə 6 otaqlı evdə yanğın


Digərləri 08 Dek 2018 13:14:00 190 0

Şəmkirdə 6 otaqlı evdə yanğın

Şəmkir rayonunda yanğın faktı qeydə alınıb.

FHN-dən Son.az-a verilən məlumata görə, ümumi sahəsi 250 m² olan birmərtəbəli 6 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 65 m² sahədə, yaxınlıqda tikilmiş ümumi sahəsi 200 m² olan ikimərtəbəli köməkçi tikilinin 1-ci mərtəbəsinin mətbəxində 1 ədəd məişət avadanlığı və 1 ədəd divan yanıb, yüksək temperaturdan evə bitişik talvarın lambirdən ibarət tavanı 60 m² sahədə əriyib. Evin, talvarın qalan hissəsi və köməkçi tikili yanğından mühafizə olunub.