“Azərbaycan Könüllülərin Həmrəylik Festivalı” adlı tədbir keçirilib (FOTO)


Digərləri 08 Dek 2018 13:00:08 250 0

“Azərbaycan Könüllülərin Həmrəylik Festivalı” adlı tədbir keçirilib (FOTO)

Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Gənclər və İdman Nazirlikləri və ASAN xidmətin birgə təşkilatçılığı ilə yüzlərlə gəncin və bütün könüllü təşkilatlarının iştirak etdiyi “Azərbaycan Könüllülərin Həmrəylik Festivalı” adlı tədbir keçirilib.

Bakı. Dekabrın 7-də Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Gənclər və İdman Nazirlikləri və ASAN xidmətin birgə təşkilatçılığı ilə yüzlərlə gəncin və bütün könüllü təşkilatlarının iştirak etdiyi “Azərbaycan Könüllülərin Həmrəylik Festivalı” adlı tədbir keçirilib. Gənclər Fondundan Trend-ə verilən məlumata görə, festival çərçivəsində ölkədə fəaliyyət göstərən bütün könüllük hərəkatlarının stendləri quraşdırılıb və onların fəaliyyəti ziyarətçilərə nümayiş olunub. Həmçinin, tədbir keçirilən məkanda gənclər üçün 70 şirkətin iştirak etdiyi xüsusi əmək yarmarkası təşkil edilib. Tədbirin rəsmi hissəsinin açılışında çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qonaqları salamlayaraq gənclərimizin könüllük fəaliyyəti istiqamətində beynəlxalq arenada əldə etdiyi uğurlar və dövlət tərəfindən, xüsusi ilə də cənab Prezident İlham Əliyevin gənclərə olan qayğı və diqqətindən söhbət açıb. Rəsmi hissədə çıxış edən Gənclərin Dünya Assambleyası Beynəlxalq təşkilatının baş katibi Ediola Pashollari Beynəlxalq Könüllülər Gününün tarixi barədə məlumat verib. Daha sonra Rusiya Federasiyasının Milli Gənclər Şurasının sədri Qriqoriy Petuşkov çıxış edərək gənclərə öz tövsiyyələrini vermiş və onları Beynəlxalq Könüllülər Günü münasibəti ilə təbrik edib. Tədbirin gedişatında ASAN Könüllülər, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, Formula-1 Könüllüləri və Bir Könüllülərin rəhbərləri çıxış edərək, təmsil etdikləri hərəkatların uğur və fəaliyyəti barədə məlumat veriblər. Azərbaycan Respublikası Gənclər Fondunun “Gənc Könüllü” proqramının təqdimatı nümayiş olunub.