Azərbaycanda aparıcıların əksəriyyəti sözləri tələffüz edə bilmir


Digərləri 08 Dek 2018 12:24:00 323 0

Azərbaycanda aparıcıların əksəriyyəti sözləri tələffüz edə bilmir

Azərbaycanın televiziya kanallarının xəbər-informasiya proqramlarında aparıcıların dilində qeydə alınmış ədəbi dilin fonetik normasının pozulması faktları, tələffüz zamanı etdikləri səhvlər açıqlanıb.

Son.az Report-a istinadən bildirir ki, teleradio yayımçılarının ədəbi dil normalarına riayyət edilməsi sahəsində 2018-ci ilin avqust-sentyabr aylarında Milli Televiziya və Radio Şurasının apardığı monitorinqlərin nəticələri haqqında hesabatda bildirilib ki, "Space" televiziya kanalındayayımlanan "Hər gün" verilişinin aparıcısı Fərqanə Səfər sözlərin tələffüzü zamanı "Hər vaxtınız xeyirli [xeyirri] olsun dəyərli [dəyərri] izləyicilər [izdəyicilər]", "Tənzimlənməsi" - [Tənzimləmməsi], "Məksədilə"- [Məksədiynən], "İşləri ilə"- [İşləriynən], "Qanlı"- [Qannı], "Abonentlərə"- [Abonentdərə], "Məhdudiyyətlər"- [Məhdudiyyətdər], "Dünyə"[dünya], "Xəbərləri ilə" [xəbərrəriynən] və s. kimi səhvlər edir.

"Hava" xəbərlərinin aparıcısı Aytən Süleymansoy tələffüzü zamanı "Timperatur"- [temperatur], "Təşkil edəcəy"- [təşgil edəcəxʹ], "Sporsorluğiylə"- [Sporsorruğuynan], "İzliyirsiniz"-[izdiyirsiz] və s. kimi səhvlər edir.

"Hər gün" verilişinin digər aparıcısı Könül Quliyeva tələffüzü zamanı "axşam saatlarında" - [sa:tdarında], "ölümlə" - [ölümnən], "təfərrüatları" - [təfərrüatdarı], "faktla" - [faktnan], "silahlarla" - [silahlarnan], "yaşlı"- [yaşdı], "sonra"-[so:ra], "oyuncağ"-[oyuncax], "Dövlət" [dö:lət], "Yaranmasının" [yarammasının], "Fərqləndiklərinə" [fərkləndixʹlərinə], "bəha:nə imiş" [bəha:nəymiş], "şiddətli" [şiddətdi] və s. kimi səhvlər edir.

"Hər gün" verilişinin digər aparıcısı Elvin Basqallı tələffüzü zamanı "Logistika"-[lagistika], "Sakinləri"-[sakinnəri], "Valideynlər"-[valideynnər], "Birləşmiş Ştatların"-[ştatdarın], "CNN-Sineen" -[SieNeN], "İş adamları üçün" - [adamlarıyçün], "Pasportlarda"-[pasportdarda], "Qanla"-[qannan], "Bıçağlıyaraq" - [bıçaxlıyarax], "Yatağxanada"-[yataxxanada], "Yanığ"-[yanıx], "Yaşayan"-[yaşıyan], "Təfərrüatları"-[təfərrüatdarı], "Küçəyə"-[küçiyə], "lənkəranlı" [lənkərannı], "mal-qaraya" [mal-qarıya] və s. kimi səhvlər edir.

"Lider" televiziya kanalında yayımlanan "Səda" verilişinin aparıcısı Aynurə Vəliqızı tələffüzü zamanı "Cəbhə boyu" [Cəbhəboyu], "Xa:ci" [xarici], "Mövlüd" [mövlud], "Gündəlikdə" [Gündəlixʹdə], "Ame:ka" [Amerika], "Qa:dının" [qadının], "Atəşkəş" [atəşkəs], "Ya:rış" [yarış] və s. kimi səhvlər edir.

"Səda" verilişinin digər aparıcısı Sevinc Süleymanova tələffüzü zamanı "Yeddi" [yetdi], "Anjeʹy Kapişek" [Aʹnjey Kapişek ] və s. kimi səhvlər edir.

"Səda" verilişinin digər aparıcısı Günel Ramazanlı tələffüzü zamanı "Gərək" [gərəxʹ], "Keşik" [keşixʹ], "Karakısda" [karakasda] və s. kimi səhvlər edir.

"Səda" verilişinin digər aparıcısı Leyla Mehdiqızı tələffüzü zamanı "gərginlik" [gərginlixʹ], "metıdını" [metodunu], "sinoptikləʹr" [sinopʹtiklər], "tufanın" [tu:fanın ] və s. kimi səhvlər edir.

"ATV" televiziya kanalında yayımlanan "ATV xəbər" verilişinin aparıcısı Lalə Azərtaş tələffüzü zamanı "Dövlət" [dö:lət], "Sərəncamıyla" [sərəncamıynan], "Aşəğ" [aşıx], "Şöhrət ordeni ilə" [ordeniynən], "Ümumiyyətlə" [ümumiyyətnən], "İlham Əliyevlə" [Əliyevnən], "Onlardan" [onnardan], "Gücləndirilmiş" [güjdəndirilmiş],"Dövlət Agentliyinə" [Agentdiyinə], "Nazirliyinə" [nazirriyinə], "Xəsənovanın" [Həsənovanın ], "İlliy" [illixʹ], "Həsr olunmuş" [olummuş], "Tədbirlər" [tədbirrər], "Hazırlayıb" [hazırrıyıp], "Sonra" [sora], "Bizimlə" [bizimnən], "İzliyə" [izdiyə], "İkigünlük" [ikigünnüxʹ] və s. kimi səhvlər edir.

"ATV xəbər" verilişinin digər aparıcısı Pərvin Əsgərli tələffüzü zamanı "Dəstək" [dəstəxʹ], "əməkdaşları" [əməxʹdaşdarı], "qoşunların" [qoşunnarın], "gözlənilir" [gözdənilir], "mərkəzlərin" [mərkəzdərin], "çətinliklər" [çətinnixʹlər], "fatoqraflar" [fotoqraflar] və s. kimi səhvlər edir.

"ATV xəbər" verilişinin digər aparıcısı Ceyhun Səfər tələffüzü zamanı "Xeyirli" [xeyirri], "Yerli" [yerri], "Onlarla" [onnarnan], "Buynuzlu" [buynuzdu], "Kəsməy" [kəsmək], "Gömrük" [Gömrüxʹ], "Güjlü" [güjdü], "Çənəyə" [çəniyə], "Ama" [amma], "Sonra" [so:ra] və s. kimi səhvlər edir.

"İdman" verilişinin digər aparıcısı İlkin Fikrətoğlu tələffüzü zamanı "Oyunlara" [oyunnara], "Kənarlaşdıran" [kənarraşdıran], "Hesabıyla" [hesabıynan], "Bəra:bərliylə" [bəra:bərrixʹnən], "Fənərbaxça" [Fənərbağça], "Azarkeşlərini" [azarkeşdərini] və s. kimi səhvlər edir.