“İndi klarnetlə gedir, zurna ilə qayıdırlar”


Şou-biznes 08 Dek 2018 11:29:00 310 0

“İndi klarnetlə gedir, zurna ilə qayıdırlar”

"Qaynana" filminin 40 illik yubileyi ərəfəsində növbəti "Qaynana 2018" təqdim olunacaq. Bununla bağlı yaradıcı heyət filmin trailerini təqdim edərək mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki,  tədbirdə layihənin qəhrəmanları, xalq artisti Flora Kərimova, Elməddin Cəfərov, Sevinc Əliyeva, Riad Əbdülov iştirak edib.

Xalq artisti Flora Kərimova çəkiliş günlərini xatırlayaraq hər gün bəzən 14-15 saat çəkiliş meydanında olmasına baxmayaraq gözəl zaman keçirdiyini qeyd edib: "Çox qəribə hisslər keçirdirəm. Ömrümün sonunda belə böyük bir layihədə iştirak etdim. Bu film məndən sizə xatırə qalacaq".

F. Kərimova qeyd edib ki, "Qaynana" komediya olsa da, orada bir faciə var: "Uşaq kimi küsüb-barışırdım. Paltar, makiyaj davası edirdim. Səhər saat 5-də çəkilişə gəlirdik. Elməddin Cəfərov elə oyun çıxarırdı ki, yarım saat gülürdük. Sonra özümüzə gəlməyə çalışırdıq.


Xəbərə aid fotolar