Qaradağda yarımstansiyanın ərazisindəki tikilidə quraşdırılmış 2 paylayıcı açar və kabellər yanıb


Digərləri 08 Dek 2018 10:48:41 231 0

Qaradağda yarımstansiyanın ərazisindəki tikilidə quraşdırılmış 2 paylayıcı açar və kabellər yanıb

Bakı şəhərinin Qaradağ rayonunda yanğın faktı qeydə alınıb.

Bakı. Bakı şəhərinin Qaradağ rayonunda yanğın faktı qeydə alınıb. Trend-ə FHN-dən verilən məlumata görə, rayonda yerləşən yarımstansiyanın ərazisində ümumi sahəsi 60 m² olan tikilinin içərisində quraşdırılmış 2 ədəd paylayıcı açar və çıxış kabeli 2 p.m yanıb.