Ermənistanda “sükut günüdür”


Dünya 08 Dek 2018 09:54:00 225 0

Ermənistanda “sükut günüdür”

Ermənistanda "sükut günüdür".

Son.az Report-a istinadən xəbər verir ki, bu gündən ölkədə parlamentə keçirilən növbədənkənar seçkidə iştirak edən istənilən siyasi qüvvənin seçki məntəqələri bağlananadək təbliğat aparması qadağandır.

Səsvermə səhər saat 8-dən axşam saat 20.00-dək keçiriləcək. Dekabrın 9-da səsvermə hüququ olan Ermənistan vətəndaşları 2010 seçki məntəqəsində 2 siyasi blok və 7 siyasi partiyanın siyahısına səs verəcək.