Samsung QLED TV – sizin komfortlu istirahətiniz


Digərləri 08 Dek 2018 10:00:00 239 0

Samsung QLED TV – sizin komfortlu istirahətiniz

Smart televizorların icad edilməsi insanların asudə vaxtlarını daha rahat keçirməsinə imkan yaratdı. Yəqin ki, kompüter arxasında nə qədər komfortlu olsa da, televizor qarşısında uzanıb istirahət etməyin daha rahat olduğu ilə mənimlə razılaşarsız. Bu səbəbdən Samsung tərəfindən "ağıllı" televizorlarda müxtəlif multimedia əlavələrindən istifadə üçün yaradılmış servis, əsl tapıntı sayıla bilər. Smart Hub servisi həm istifadədə olan, həm də internetdə yerləşən əlavələr arasında naviqasiyanı təmin edir, belə ki, indi istifadəçi istənilən maraqlı kontenti bir yerdə tapa bilir. Burada bir ekran üzərində bütün popular kontent əks olunmuşdur. Əvvəlcədən baxış funksiyasının istifadə edərək, müvafiq əlavəni işə salmadan, zövqünüzü oxşayan filmlər haqqında məlumat əldə edə bilərsiniz.

Smart Hub menyusuna keçid almaq olduqca asandır, sadəcə idarəetmə pultunda eyni adlı düyməni basmaq yetərlidir. Həmçinin, menyu daxilində Android və IOS platformalarında işləyən smartfonlarınvə universal idarə etmə pultunun köməyi ilə komandalar yerinə yetirmək olar.

One Remote Control ilə bütün qoşulmaları asanlıqla idarə edin.Bu pult, siqnal mənbəyinin avtomatik ayırd edilməsi funksiyası ilə təchiz olunub ki, onun köməyi ilə seçilmiş cihazı bir göz qırpımında aktivləşdirmək olar. Universal pult, nəinki kanalları dəyişir, həmçinin televizora qoşulu olan bir çox sayda cihazı idarə edə bilir. One Remote Control maksimal dərəcədə sadə quruluşa malik olması ilə yanaşı, istifadə zamanı bir o qədər zirəkdir. Həmçinin, sözügedən  pult, səs ilə idarə etmənidəstəkləyir. Kabel televiziyası və pleyerlər arasında keçid etmək və ya internetdən istədiyiniz filmi tapmaq üçün, sadəcə komandanı səsləndirmək kifayətdir.