Konsert vaxtı klubdakılar birbirini tapdaladı:


Dünya 08 Dek 2018 09:29:00 254 0

Konsert vaxtı klubdakılar birbirini tapdaladı:

İtaliyanın Ankona şəhərindəki "Lanterna Azzurra" klubunda yaranan izdiham 6 nəfərin ölümünə səbəb olub.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, izdiham içəridə bibər qazının yayılması nəticəsində yaranıb. Çaxnaşmada 118 nəfər yaralanıb, 6 nəfər ölüb.

Hadisə şahidlərinin dediyinə görə həmin gün klubda 1000 nəfərə yaxın insan olub. Qaz yayılan zaman onlar panikaya düşərək bir-birlərini əziblər.

Xoşagəlməz hadisə gecə saat 1-də baş verib. "The Republica" qəzetinin yazdığına görə, 118 nəfər xəstəxanaya yatırılıb. Onlardan 10-nun vəziyyəti ağırdır.

"Gözyaşardıcı qazın yayılması nəticəsində insanlar arasında panika yaranıb və onlar bir-birini tapdalayaraq məkandan çıxmağa çalışıblar. 6 nəfər izdihama görə dünyasını dəyişib", - rəsmi məlumatda bildirilir.

Qeyd edək ki, hadisə baş verən zaman klubda İtaliyanın məşhur reperi, 26 yaşlı Sfera Ebbastanın konserti keçirilib.

Bəxtiyar Umarlı Son.az


Xəbərə aid fotolar