NASA ilk dəfə Marsda küləyin səsini qeydə alıb VİDEO


Digərləri 08 Dek 2018 08:50:00 303 0

NASA ilk dəfə Marsda küləyin səsini qeydə alıb  VİDEO

Amerikanın daha əvvəl Marsa enən avtomatik planetlərarası stansiyası "Mars InSight" Qırmızı planetdə ilk dəfə olaraq küləyin səsini qeydə alaraq yerə göndərə bilib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə cümə günü NASA-nın direktoru Cim Braydenstayn "Twitter" mikrobloqunda yazıb.

"İnsanlar əvvəl Marsda küləyin səsini eşitməmişdilər! "Mars InSight"ın Marsda qeydə aldığı küləyin səsini dinləyin", - deyə o yazıb və ABŞ Milli Aeronavtika və Kosmik Məkanın Tədqiqi İdarəsinin vebsaytına yerləşdirilən səs qeydinin linkini paylaşıb.