Braziliyada qarətçilərlə polis arasında atışma olub,


Dünya 08 Dek 2018 08:52:00 247 0

Braziliyada qarətçilərlə polis arasında atışma olub,

Braziliyada qarətçilərlə polis əməkdaşları arasında baş vermiş silahlı insident nəticəsində 12 nəfər həyatını itirib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə səhər saat 7 radələrində Seara ştatının kiçik Milaqris şəhərciyində qeydə alınıb.

Quldur dəstəsi şəhərin baş küçəsində yerləşən iki bankın bankomatlarını qarət etmək istəyib. Atışma nəticəsində 6 qarətçi və ikisi uşaq olmaqla 5 girov ölüb.