Yevlaxda yol kənarında yaralı şəxs aşkarlanıb


Digərləri 08 Dek 2018 08:58:00 259 0

Yevlaxda yol kənarında yaralı şəxs aşkarlanıb

Yevlax rayonunda yol kənarında yaralı şəxs aşkar edilib.

Son.az "Report"a istinadən bildirir ki, Duzdaq-Aran qəsəbə yolunda aşkar edilən 1959-cu il təvəllüdlü Nemətabad kənd sakini Malik Qurbanov xəstəxanaya yerləşdirilib.

M.Qurbanovun vəziyyətinin orta-ağır olduğu bildirilir. Onun dediyinə görə, tanışının toy mərasimindən çıxıb evinə qayıdan zaman naməlum avtomobil onu vuraraq hadisə yerindən qaçıb.

Piyadanın hadisə zamanı sərxoş halda olduğu bildirilir.