Məlumatların həcmi ildə 61% yüksələcək


Digərləri 08 Dek 2018 08:46:00 273 0

Məlumatların həcmi ildə 61% yüksələcək

"International Data Corporation" (IDC) analitiklərinin proqnozuna görə, 2018-ci ilin sonunda dünyada məlumatların ümumi həcmi 33 zettabayta (1 Zbayt trilyon qiqabayta bərabərdir) yaxınlaşacaq. 2025-ci ildə isə bu göstərici 175 Zbayt təşkil edəcək ki, bu da əvvəlki proqnozla müqayisədə 9% daha yüksəkdir.   Son.az ICTnews-a istinadən bildirir ki, "175 Zbayt BluRay disklərə yazılsa idi, o zaman həmin disklərdən düzəldilmiş hündürlük Aya qədər məsafədən 23 dəfə çox olardı" - "IDC"-nin böyük vitse-prezidenti Devid Reynsel deyib. Yaxud 175 Zbayt məlumat hazırda ən tutumlu sərt diskə yazılsa, o zaman 12,5 milyard daşıyıcı lazım olacaq".   Tədqiqatçıların proqnozuna görə, qlobal miqyasda saxlanılan məlumatların həcmi ildə təxminən 61% yüksələcək. Bura məlumat mərkəzləri, kompüter, smartfon, "Əşyalar interneti" qurğuları, həmçinin mobil rabitə qüllələrində yerləşdirilmiş informasiya aiddir.