Venesuelanın neft naziri OPEC konfransının


Digərləri 08 Dek 2018 08:49:00 248 0

Venesuelanın neft naziri OPEC konfransının

Venesuelanın neft naziri Manuel Kevedo 1 yanvar 2019-cu il tarixindən etibarən OPEC konfransının prezidenti vəzifəsində BƏƏ-dən olan həmkarı Suheyl əl-Mazruini əvəz edəcək.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə OPEC-in kommünikesində deyilir.

"Konfrans Venesuelanın neft naziri Manuel Salvador Kevedo Fernandesi 2019-cu il 1 yanvar tarixindən etibarən bir il müddətinə OPEC Konfransının prezidenti, eyni zamanda Əlcəzairin enerji naziri Mustafa Gitunini həmin müddətə sədrin müavini vəzifəsinə seçib", - deyə məlumatda bildirilir.