Qəzzada 33 fələstinli yaralanıb


Dünya 08 Dek 2018 08:30:00 222 0

Qəzzada  33 fələstinli yaralanıb

Cümə günü Qəzza zolağının şərq sərhədində İsrail sərhədçiləri ilə toqquşmalar nəticəsində 33 fələstinli xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Cari ilin mart ayının sonlarından Qəzzada "Böyük qayıdış yürüşü" adlı etiraz aksiyaları davam etməkdədir. Bu aksiyalar müntəzəm olaraq İsrail hərbçiləri ilə qanlı toqquşmalara gətirib çıxarır.