OPEC+ İran və İraqı komitəyə qoşulmağa dəvət edib


Digərləri 08 Dek 2018 08:40:00 220 0

OPEC+ İran və İraqı komitəyə qoşulmağa dəvət edib

OPEC+ ölkələri nazirlərinin monitorinq komitəsi İran və İraqı quruma qoşulmağa dəvət edib.

Son.az "Report"a istinadən bildirir ki, bunu OPEC prezidenti, BƏƏ-nin energetika naziri Süheyl əl-Mazrui deyib.

"Biz komitədə yeni üzv dövlətlər görə bilərik, bəziləri isə onu tərk edə bilər. Bildiyiniz kimi, OPEC prezidenti həmişə komitəyə qoşulur, indi isə (2019-cu ildən) bizdə artıq komitənin tərkibinə daxil olan yeni prezident olacaq - Venesuela. Odur ki, biz İran və İraq kimi bir sıra ölkələrə komitəyə daxil olmağı nəzərdən keçirməyi təklif etmişik. Lakin biz hələ ki, bu ölkələrin komitəyə qoşulmağa nə zaman maraq göstərəcəklərini gözləyirik", - deyə əl-Mazrui bildirib.