Uşaqların odla oynaması nəticəsində baş verən yanğın hadisələrinin sayı azalıb


Digərləri 08 Dek 2018 07:45:35 231 0

Uşaqların odla oynaması nəticəsində baş verən yanğın hadisələrinin sayı azalıb

Azərbaycanda uşaqların odla dəcəllik etməsi nəticəsində baş verən yanğın hadisələrinin sayı azalıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda uşaqların odla oynaması nəticəsində baş verən yanğın hadisələrinin sayı azalıb. Trend-in məlumatına görə, 2000-ci ildə Azərbaycanda 627 yanğın hadisəsi uşaqların odla dəcəllik etməsi nəticəsində baş verib. 2005-ci ildə belə yanğın hadisələrinin sayı 273, 2015-ci ildə 75, 2016-cı ildə 67 olub.