Zeydişəhid kimdir?


Digərləri 08 Dek 2018 07:11:00 374 0

Zeydişəhid kimdir?

Zeyd dördüncü imam Zeynül-abidinin (ə) oğludur. Dini mənbələrdə Zeydi-şəhid (şəhid Zeyd) ləqəbi ilə xatırlanır. Zeydin anası kəniz idi; bu kənizin Muxtar tərəfindən İmam Zeynül-abidinə (ə) hədiyyə edildiyini yazırlar.

Son.az islam.az-a istinadən bildirir ki, əməvi xəlifəsi Hişam ibn Əbdülməlikin hakimiyyəti dövründə, 740-cı ildə Zeyd Kufə əhalisinin dəvəti ilə qiyama qalxdı. Qısa müddət ərzində hərəkat ətraf bölgələri də əhatə etdi. Yalnız Kufədəki qiyamçıların sayı 15 mini ötüb-keçmişdi. Qiyamın əsas şüarlarından biri də İmam Hüseynin (ə) intiqamını almaq idi. Lakin bir yandan Kufədəki xilafət qoşunu, bir yandan da Kufə əhalisinin xəyanəti Zeydin qiyamının məğlub olmasına gətirib-çıxardı. İki günlük müqavimətdən sonra onun tərəfdarları məhv edildi, Zeydin özü də döyüşdə ölümcül yaralanıb şəhid oldu. Onun cənazəsinin başını kəsib xəlifəyə göndərdilər, bədənini isə əvvəlcə çarmıxa çəkib, sonra yandırdılar. Bir neçə ildən sonra Zeydin oğlu Yəhya da qiyam etdi, amma o da məğlubiyyətə uğrayıb şəhid oldu.