Dağıstanda İŞİDçi məhv edildi VİDEO


Dünya 08 Dek 2018 07:15:00 249 0

Dağıstanda İŞİDçi məhv edildi  VİDEO

Rusiya Federasiyasının Dağıstan Respublikasında İŞİD terror təşkilatının üzvü zərərsizləşdirilib.

Son.az oxu.az-a istinadən bildirir ki, həmin şəxs Endirey kəndi yaxınlığında keçirilən xüsusi əməliyyat zamanı məhv edilib.

Bildirilir ki, o, hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlarda, o cümlədən bu il Qızılyurd rayonunda polis əməkdaşlarının qətlində iştirak edib.