Tamaşaçı: bədii gimnastika üzrə Azərbaycan Birinciliyi çox maraqlı keçir


Digərləri 08 Dek 2018 03:14:00 220 0

Tamaşaçı: bədii gimnastika üzrə Azərbaycan Birinciliyi çox maraqlı keçir

Milli Gimnastika Arenasında keçirilən müsabiqələri bir neçə ildir izləyirik və hər zaman bura böyük məmnuniyyətlə gəlirik.

Bakı. Cani Babayeva - Milli Gimnastika Arenasında keçirilən müsabiqələri bir neçə ildir izləyirik və hər zaman bura böyük məmnuniyyətlə gəlirik. Bunu Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyinin yarışlarını izləyən Cəmilə Abdiyeva deyib: "Birincilik çox maraqlı keçir, təşkilatçılara çox minnətdarıq. Ölkədə gimnastika sürətlə inkişaf edir və bu həm çoxsaylı yarışların keçirilməsində, həm də idmançılarımızın nailiyyətlərində özünü göstərir". Tamaşaçı qeyd edib ki, onun nəvəsi də bədii gimnastika ilə məşğul olur.