İdarəetmədən çıxan avtomobil yol kənarında başqa bir maşına çırpılıb


Digərləri 07 Dek 2018 23:42:00 328 0

İdarəetmədən çıxan avtomobil yol kənarında başqa bir maşına çırpılıb

Gəncə şəhərində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "report"-a istinadən bildirir ki, şəhərin Heydər Əliyev prospektində idarəetmədən çıxan avtomobil yol kənarında dayanmış başqa bir maşına çırpılıb.

Nəticədə 1985-ci il təvəllüdlü Gəncə şəhər sakini Əliyev Adil Faiq oğlu xəsarət alaraq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.