Azərbaycan nefti ucuzlaşıb


Digərləri 07 Dek 2018 23:36:00 275 0

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 6-da 60,24 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 3,82 dollar/barel azdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 6-da 58,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,83 dollar/barel azdır.