Yol qəzası baş verib, yaralananlar var


Digərləri 07 Dek 2018 23:02:00 302 0

Yol qəzası baş verib, yaralananlar var

Ağdaş rayonunun Ləki qəsəbəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "report"-a istinadən bildirir ki, "VAZ-2107" və "Ford" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Yaralılar - 2002-ci il təvəllüdlü Bərdə rayon sakini İlkin Elgün Əliyev və 1995-ci il təvəllüdlü Bərdə rayon sakini Əliyeva Ayşə Vidadi qızı Ağdaş rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.