Xurmada cavanlığı qoruyan maddə tapılıb


Digərləri 07 Dek 2018 22:25:00 212 0

Xurmada cavanlığı qoruyan maddə tapılıb

İnsan yaşa dolduqca onun orqanizmində zədələnmiş hüceyrərin sayı artır.

Cavan orqanizm belə hüceyrələrdən daha tez azad olur, yaşlaşdıqca isə bu funksiya zəifləyir və zədələnmiş hüceyrələr artımağa başlayır.

Zədələnmiş hüceyrələr orqanizmdə iltihabın səviyyəsini qaldırır, toxumaların vəziyyətini pisləşdirir, onkoloji xəstəliklərin riskini artırır.

Xurmanın tərkibində olan fizetin maddəsi orqanizmdə zədələnmiş hüceyrələrin sayını azaldır ki, bu da sağlamlığına müsbət təsir edir, orqanizmi cavan saxlayır, ömrü uzadır. Bunu ABŞ-da siçanlar üzərində aparılmış araşdırmalar təsdiq edib.