Təcrübəçi "Google"u 10 milyon ziyana saldı


Digərləri 07 Dek 2018 21:58:00 254 0

Təcrübəçi "Google"u 10 milyon ziyana saldı

"Google" şirkətinin əməkdaşının səhvən başlatdığı onlayn reklam korporasiyaya 10 milyon dollar ziyan vurub.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, bu barədə "Financial Times" nəşri yazıb.

Qəzetin xəbərinə əsasən, insident çərşənbə axşamı baş verib. "Google"un təcrübəçisi onlayn şəbəkədə reklamın necə yerləşdirilməsini nümayiş etdirən zaman yalnış düyməyə basıb. Nəticədə test reklam elanı ABŞ və Avstraliyada yayımlanıb.