Nə üçün düyü yeməliyik?


Digərləri 07 Dek 2018 21:31:00 263 0

Nə üçün düyü yeməliyik?

Aparılan araşdırmalar göstərib ki, gündə yarım stəkan bişmiş yağsız düyü yemək orqanizm üçün çox faydalıdır.

Son.az xəbər verir ki, düyü bədənin gündəlik fol turşusu və B vitamini ehtiyacının 23 faizini qarşılayır. Bu sayədə hüceyrələrin yenilənməsinə yardım edir. Ehtiva etdiyi 15 növdən çox vitamin, mineral və faydalı antioksidantlar sayəsində düyü bədəni enerji ilə təmin edən əsl qida anbarıdır. Xüsusən son illərdə fol turşusu, kalium, maqnezium, selen, lif, dəmir və sink tərkibinə görə düyü pəhriz reseptlərinə daxil edilməyə başlanıb.

Aparılan bir araşdırma nəticəsində fol turşusunun, həmçinin ürək-damar sağlamlığı və anadangəlmə ürək narahatlıqlarının müalicəsi üçün effektli olduğu üzə çıxıb. Düyü bədənin sağlam şəkildə qocalmasını dəstəkləyir.