Tramp konqresmenləri Meksika ilə sərhəddə divar tikintisinə pul ayırmağa çağırıb


Dünya 07 Dek 2018 21:39:00 230 0

Tramp konqresmenləri Meksika ilə sərhəddə divar tikintisinə pul ayırmağa çağırıb

ABŞ Prezidenti Donald Tramp Arizona ştatına qanunsuz mühacir axını barədə xəbərdarlıq edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Donald Tramp, həmçinin konqresmenlər Nensi Pelosi və Çak Şumeri Meksika ilə sərhəddə divar tikintisinin maliyyəsini təsdiqləməyə çağırıb.

Bir qədər əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının demokratlar fraksiyanın lideri Nensi Pelosi ölkənin cənubunda sərhəd səddinin inşası üçün maliyyə vəsaiti ayrılması barədə prezidentin təşəbbüsünü rədd etmişdi. Onun sözlərinə görə, demokratların əksəriyyəti bu addımın "əxlaqa zidd, effektsiz və həddən artıq bahalı" olması fikrindədir. O, həmçinin seçki kampaniyası zamanı Trampın sərhəd divarı tikintisinin xərcini Meksikanın ödəyəcəyi barədə vəd verdiyini xatırladıb.