Tamaşaçı: "Azərbaycanda bədii gimnastikaya maraq çox artıb"


Digərləri 07 Dek 2018 20:48:00 226 0

Tamaşaçı: "Azərbaycanda bədii gimnastikaya maraq çox artıb"

Son beş il ərzində Azərbaycanda bədii gimnastikaya maraq çox artıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyinin tamaşaçısı Leyla Tağızadə deyib.

O bildirib ki, bunda Azərbaycan Gimnastika Federasiyasının əməyi böyükdür: "Bu illər ərzində çox iş görülüb. Bu, nəhəng işdir".

Tamaşaçı onu da qeyd edib ki, o, bu gün Milli Gimnastika Arenasına birincilikdə iştirak edən qızını dəstəkləmək üçün gəlib.

Qeyd edək ki, 6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilir.