Gecə saat 4 radələrində qadını hədələyib, qızıllarını tələb etdilər


Kriminal 07 Dek 2018 20:40:00 228 0

Gecə saat 4 radələrində qadını hədələyib, qızıllarını tələb etdilər

Abşeron rayonunda qadının evinə basqın edilib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Hökməli qəsəbəsi, Xəqani küçəsində baş verib.

Naməlum şəxs dekabrın 6-da gecə saat 4 radələrində Xəqani küçəsi 7 saylı ünvanda Ələsgərova Səbinə Asif qızına məxsus evə daxil olaraq qadını yatdığı yerdə bıçaqla hədələyib və qızıl-zinət əşyalarını tələb edib.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi başlayıb.

Son.az