Könüllülər üçün əmək yarmarkası təşkil edilib (FOTO)


Digərləri 07 Dek 2018 20:31:00 228 0

Könüllülər üçün əmək yarmarkası təşkil edilib (FOTO)

Azərbaycan könüllülərinin həmrəylik festivalı çərçivəsində könüllülər üçün əmək yarmarkası təşkil edilib

Bakı. Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Gənclər və İdman Nazirlikləri və ASAN xidmətin birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Azərbaycan Könüllülərin Həmrəylik Festivalı” adlı tədbir keçirilib. ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, yüzlərlə gəncin və könüllü təşkilatlarının iştirak etdiyi tədbir çərçivəsində Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsi tərəfindən könüllülər üçün əmək yarmarkası təşkil edilib. Yarmarkada 68 müəssisə tərəfindən 299 vakant iş yeri təqdim olunub, vakant iş yerlərinə göndərişlər verilib.