Bu şəxslər pulsuz psixoloji yardım alacaq


Digərləri 07 Dek 2018 20:16:00 260 0

Bu şəxslər pulsuz psixoloji yardım alacaq

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Psixoloji yardım haqqında" qanun layihəsi üçüncü - yekun oxunuşda müzakirə edilib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, iclasda layihənin 6 fəsil, 22 maddədən ibarət olduğu bildirilib.

Qanun layihəsi Azərbaycanda psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.

Layihə ilə Azərbaycanda ödənişsiz psixoloji yardım alacaq şəxslərin kateqoriyası müəyyənləşib.

Qanunun 6-cı (Psixoloji yardımın maliyyələşdirilməsi) maddəsinə əsasən, psixoloji yardım dövlət büdcəsinin vəsaiti hesabına (ödənişsiz) və ya yardım alan şəxsin vəsaiti hesabına (ödənişli) həyata keçirilir.

Aşağıdakı hallarda şəxsin ödənişsiz psixoloji yardım almaq hüququ var:

1. Şəxsin yaşayış yeri və ya olduğu yer üzrə dövlət ambulator-poliklinika müəssisəsində və ya həmin müəssisənin göndərişi ilə ixtisaslaşdırılmış dövlət tibb müəssisəsində,

2. məktəbəqədər və orta təhsil müəssisələrində təhsilalanların,

3. həbs edilən şəxslərin,

4. Penitensiar müəssisələrdə cəza çəkən şəxslərin, eləcə də cəza çəkməkdən azad edilən və psixoloji yardıma ehtiyacı olan şəxslərin,

5. dövlət yardım mərkəzilərində məişət zorakılığından zərər çəkən şəxslərin,

6. Silahlı Qüvvələrdə xidmət keçən hərbi qulluqçuların,