Azərbaycan gimnastı: Əsas məqsədim Olimpiya oyunlarıdır


Digərləri 07 Dek 2018 19:32:54 240 0

Azərbaycan gimnastı: Əsas məqsədim Olimpiya oyunlarıdır

Milli Gimnastika Arenasında çıxış etmək çox xoşdur

Bakı. Cani Babayeva - Milli Gimnastika Arenasında çıxış etmək çox xoşdur. Bunu Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyinin iştirakçısı Darya Farşbafşəhriyari deyib. O bildirib ki, gimnastika arenasında idmançılar üçün bütün şərait yaradılıb. Turnirdə çıxışı barədə danışan gimnast bildirib ki, o bir qədər inamsız çıxış edib: “Çıxışlar ərəfəsində həyəcanın öhdəsindən gəlmək üçün özüm özümü ruhlandırıram, eyni zamanda məşqçilər də bu işdə mənə kömək edir. Bu gün daha yaxşı çıxış edə bilərdim. Gələcəkdə daha yaxşı nəticələr əldə etmək üçün daha çox işləyəcəyəm. Hər bir idmançı kimi mən də Olimpiya oyunlarında iştirakı arzu edirəm. Bu, mənim əsas məqsədimdir”.