BNA əməkdaşına hücuma cəhd edən şəxs agentliyə müraciət edib (VİDEO)


Digərləri 07 Dek 2018 19:21:00 233 0

BNA əməkdaşına hücuma cəhd edən şəxs agentliyə müraciət edib (VİDEO)

BNA əməkdaşına qarşı kəsici-deşici alətlərlə hücuma cəhd edən Zahid Abbasov Agentliyə müraciət edib.

Bakı. Samir Əli - Bakı Nəqliyyat Agentliyinin (BNA) dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini həyata keçirən əməkdaşına qarşı kəsici-deşici alətlərlə hücuma cəhd edən Zahid Abbasov Agentliyə müraciət edib. BNA-dan Trend-ə verilən məlumata görə, səmimi etiraf edən Zahid Abbasov əməlindən peşman olduğunu bildirib. Həmçinin, digər sürücüləri də yol hərəkəti qaydalarını pozmamağa çağırıb.