Ərdoğan Putindən xahiş etdi


Dünya 07 Dek 2018 19:12:00 259 0

Ərdoğan Putindən xahiş etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı dənizçilərin buraxılması ilə bağlı xahişi Rusiya Prezidenti Vladimir Putinə çatdırıb.

Son.az report-a istinadən xəbər verir ki xəbər verir ki, bu məlumatı "RİA Novosti" yayıb.

"Kerç boğazındakı hadisədən sonra mən əvvəlcə Rusiya Prezidenti Vladimir Putin, sonra isə Ukrayna Prezidenti Pyotr Poroşenko ilə telefonla danışdım. Dənizçilərin azad edilməsi ilə bağlı xahişi Putinə çatdırdım", - deyə Türkiyə Prezidenti vurğulayıb.

O bildirib ki, təklifinin müsbət qarşılanacağına ümid edir: "Bildiyimə görə hazırda araşdırma aparılır. Bundan sonra qərar qəbul ediləcək. Belə məsələlərdə biz yalnız xahiş edə bilərik, bundan uzağa getməyəcəyik".