Hakim: "Bədii gimnastika üzrə Azərbaycan birinciliyinin iştirakçıları yaxşı hazırlıq nümayiş etdirir"


Digərləri 07 Dek 2018 18:54:00 264 0

Hakim: "Bədii gimnastika üzrə Azərbaycan birinciliyinin iştirakçıları yaxşı hazırlıq nümayiş etdirir"

Bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyində iştirak edən idmançılar yaxşı hazırlıq nümayiş etdirir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə yarışların hakimi Elnarə Hüseynova deyib.

O bildirib ki, regionlarda gimnastların səviyyəsi çox yüksəlib.

E.Hüseynovanın sözlərinə görə, keçirilən yarışlar gimnastların gələcək nailiyyətləri üçün böyük əhəmiyyət daşıyır:

"Hər yarışdan sonra gimnastlar daha yaxşı və daha inamlı çıxış edir. Hər turnir uşaqların səviyyəsini daha da yüksəldir".

O əlavə edib ki, Milli Gimnastika Arenasında yarışlar hər zaman yüksək səviyyədə təşkil olunur.