Səttar Möhbalıyev Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib


Digərləri 07 Dek 2018 18:47:50 348 0

Səttar Möhbalıyev Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib

Danimarkanın paytaxtı Kopenhagendə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) IV qurultayı keçirilib.

Bakı. Danimarkanın paytaxtı Kopenhagendə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) IV qurultayı keçirilib. Qurultayın son günü BHİK-in rəhbər orqanlarına seçkilər keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından Trend-ə verilən məlumata görə, qurultayda iştirak edən Azərbaycan həmkarlar ittifaqlarının nümayəndə heyətinin rəhbəri, AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev növbəti müddətə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib. Qeyd edək ki, qurultayın gedişində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ingilis dilində çap olunan “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitabı Azərbaycan nümayəndə heyətinin üzvləri tərəfindən iştirakçılara paylanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin