Aprel şəhidinin həyat yoldaşı təşkilat yaradıb


Digərləri 07 Dek 2018 18:22:00 284 0

Aprel şəhidinin həyat yoldaşı təşkilat yaradıb

Azərbaycan Bayrağı ordenli aprel şəhidi mayor Təbriz Musazadənin xanımı Pərişan Musazadə "Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım" İctimai Birliyi təsis edib.

Bakı. Samir Əli - Azərbaycan Bayrağı ordenli aprel şəhidi mayor Təbriz Musazadənin xanımı Pərişan Musazadə "Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım" İctimai Birliyi təsis edib. P.Musazadə Trend-ə deyib ki, birlik şəhid övladlarının təhsil almasına yardım edəcək. Onun sözlərinə görə, könüllü müəllimlər-birlik üzvləri şəhid və kimsəsiz uşaqlara müxtəlif fənlər üzrə təmənnasız kurslar keçəcək, maddi və mənəvi dəstək göstərəcəklər: