Yuqra İctimai Palatasının rəhbəri: "Burada hamımız Fərman Salmanovun çörəyini yeyirik"


Digərləri 07 Dek 2018 18:14:00 236 0

Yuqra İctimai Palatasının rəhbəri: "Burada hamımız Fərman Salmanovun çörəyini yeyirik"

Bu il dekabrın 4-də Rusiyanın 42 hava limanına adları veriləcək ölkənin görkəmli şəxsiyyətlərini seçmək üçün keçirilən yekun müsabiqənin nəticələri açıqlanıb. Səsvermənin nəticələrinə görə, Surqut şəhərinin hava limanına görkəmli neftçi geoloq alimimiz, Qərbi Sibir neft yataqlarını kəşf edən Fərman Salmanovun adı veriləcək.

Son.az xəbər verir ki, Report Yuqra İctimai Palatasının sədri İrina Maksimova ilə müsabiqənin keçirilməsi, həmçinin Xantı-Mansi muxtar bölgəsinin inkişafına Fərman Salmanovun verdiyi töhfələr barədə müsahibə alıb. 

- "Rusiyanın böyük adları" müsabiqəsinin keçirilməsində Xantı-Mansi muxtar dairəsinin rolu və iştirakı barədə fikirləriniz necədir?

- Bu müsabiqə Rusiya İctimai Palatasının, habelə Rus Ədəbi Cəmiyyəti, Rusiya Coğrafiya Cəmiyyəti, Rusiya Tarix Cəmiyyəti kimi bəzi ictimai birliklərin təşəbbüsü ilə keçirilib. Müvafiq olaraq məhəlli ictimai palatalar da təşəbbüsü dəstəklədi. Bizim dairədən Surqut və Nijnevartovsk şəhərlərinin hava limanları siyahıya salındı. Bu məsələyə dairəmizin 22 bələdiyysinin bütün ictimai şuraları tərəfimizdən cəlb edilərək hava limanlarına kimin adlarını veriləcəyini bir həftə ərzində əhali ilə müzakirə edib. Sorğu orta məktəblərdən tutmuş bütün səviyyələrdə keçirildi. Nəhayət, 22 bələdiyyə qurumunun göndərdiyi təkliflər masamıza gəldi. Bundan sonra 10-12 addan ibarət uzun siyahını Moskvadakı Ümumrusiya İctimai Fikir Araşdırmaları Mərkəzinə göndərildi. Orada da bir sıra rəy sorğusu vasitəsilə hər hava limanı üçün əsas namizədlərin adları müəyyənləşdirildi.

- Xantı-Mansi bölgəsi üzrə həmin namizədlər kimlər oldu?

- Surqut hava limanı üçün bunlar Sibir torpaqlarının Rusiya dövləti üçün fatihi kazak atamanı Yermak Timofeyeviç, Yuqra neftini kəşf edən Fərman Salmanov, Xantı-Mansi muxtar dairəsinin ilk qubernatoru Aleksandr Filipenko oldu. Nijnevartovsk hava limanı üçün də F.Salmanovla A.Filipenkonun, habelə Sovet İttifaqı qəhrəmanı Nikolay Arxangelskinin namizədliyi üzə çıxmışdı.

İrina Maksimova

- Fərman Salmanovun Yuqra bölgəsinin inkişafındakı xidmətləri haqqında nə deyə bilərsiniz?


Xəbərə aid fotolar