Niderlandın “Wereldregio” qəzeti azərbaycanlının təşkilatından yazdı


Digərləri 07 Dek 2018 18:04:00 277 0

Niderlandın “Wereldregio” qəzeti azərbaycanlının təşkilatından yazdı

Niderlandda çıxan "Wereldregio" qəzeti bu ölkədə fəaliyyət göstərən "Connect" təşkilatından yazıb.

Bu barədə məlumatı Son.az-a diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürkə "Connect" təçkkilatının sədri Vüqar Abbasov verib. Onun dediyinə görə yazıda "Connect"in fəaliyyətindən, onun Azərbaycanla Niderland arasında əlaqələrin inkişafına öz töhvəsini vermək istəyindən söhbət açılıb. Daha sonra "Conect"in bu məqsədlə keçirtdiyi geniş tədbirdən, digər addımlarından söhbət açılaraq qeyd edilib ki, iki ölkə arasında çox işlər görmək mümkündür.

"Connect"in Niderlandı Azərbaycanda və həmçinin də əksinə tanıtmağa çalışdığını və bu məqsədə çatmaq üçün müxtəlif vasitələrdən istifadə etdiyi də yazıda xüsusi qeyd olunub.